Azərbaycan kəlağayı sənəti Argentinada

Azərbaycan kəlağayı sənəti Argentinada
7 mart 2026
# 10:35

Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən kəlağayı sənətinin təbliğinə və kəlağayı simvolizminin öyrənilməsinə həsr olunmuş ustad dərsləri keçirilib.

Kulis.az səfirlikdən bildirilib ki.ş dörd gün davam edən ustad dərslərinin açılış günü Azərbaycan səfirliyində, Argentinadakı diplomatik nümayəndəlik rəhbərlərinin xanımları, ölkədə böyük nüfuza malik yüksəksəviyyəli qonaqlar və yerli media nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə kəlağayı sənətinin tarixi və incəlikləri haqqında videoçarx nümayiş etdirilib, daha sonra isə ustad dərslərində qonaqlar öz kəlağayılarını hazırlayaraq, bu ənənəvi sənətin atributları ilə tanış olublar.

Buenos-Ayresdəki Yunus Əmrə İnstitutunun ev sahibliyi etdiyi və ictimaiyyətə açıq olan növbəti üç gün ərzində isə argentinalılara kəlağayı sənətinin ənənəvi kökləri, çətinliyi, eyni zamanda, qədim İpək Yolunun üzərində yerləşən və Şərqlə Qərbi birləşdirən Azərbaycanda ipəkçiliyin əhəmiyyəti barədə məlumat verilib. Tədbirdə çıxış edən səfir Rəmzi Teymurov, qadın zərifliyinin simvolu olan bu sənət barədə danışarkən Azərbaycan qadınının cəmiyyətdə xüsusi rolunu vurğulayıb. Qadın zərifliyinin ən bariz nümunəsi olan bu sənət növünün hazırlanma texnikasının xüsusiliyi baxımdan 2014-cü il noyabrın 26-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirib, ölkəmizdə həmin tarixin Kəlağayı Günü kimi qeyd edildiyini vurğulayıb.

Ümumilikdə 100-ə yaxın iştirakçının qatıldığı ustad dərsləri zamanı Azərbaycanın milli şirniyyatları təqdim edilib, tədbirin mart ayına təsadüf etməsi baxımından, həmçinin Novruz atributları və ənənələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, sonda iştirakçılara öz hazırladıqları kəlağayılarla birlikdə Azərbaycanın “İrs-Heritage” jurnalının müxtəlif nəşrləri də təqdim olunub.

# 1521 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər