Bu gün Bakı vaxtı ilə saat 16.15-də İohan Sebastyan Baxın orqan musiqisinə həsr olunmuş 22 saatlıq beynəlxalq "Gravity Bach" marafonu canlı yayımlanacaq.
Kulis.az xəbər verir ki, 14 konsert və 13 fasilədən ibarət layihə zamanı müxtəlif ölkələrin musiqi mədəniyyətlərinə həsr olunmuş qısametrajlı filmlər nümayiş etdiriləcək.
Azərbaycandan layihədə Bakı Müasir Musiqi Cəmiyyəti (BMMC) iştirak edir.
Layihənin bədii rəhbəri, alman prodüser Tilo Krauze Azərbaycanın video təqdimatını yüksək qiymətləndirib.
Video üzərində Türkər Qasımzadə, Rəna Fəhradova, Orxan Babazadə, Fatimə Məmmədzadə, Firudin Allahverdi, Sara Timurova və operator Azər Həsənov çalışıblar.
"Gravity Bach" layihəsində Stinq, Brayn May (Quen), Brayn Eno, Deyvid Qilmur (Pink Floyd), Yuja Vanq, Lanq Lanq, Daniel Hop kimi dünya səviyyəli musiqiçilər də iştirak edir.
Qeyd edək ki, konsert marafonu Youtube platformasının "ARTE Concert" kanalında yayımlayanacaq.
Azərbaycan "Gravity Bach" layihəsində
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026