Azərbaycan Frankfurt Kitab Sərgisində

Azərbaycan Frankfurt Kitab Sərgisində
21 oktyabr 2021
# 13:01

Oktyabrın 20-də Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 73-cü beynəlxalq kitab sərgisi işə başlayıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, "Yenidən əlaqə qur" devizi ilə 80 ölkədən 2 min iştirakçının qatıldığı sərgidə fəxri qonaq ölkə Kanadadır.

Azərbaycan builki sərgidə yenilənmiş dizayna malik stendində ölkəmizin mədəniyyətinə, tarixinə dair geniş çeşid nəşrlərlə təmsil olunur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, həmçinin ölkəmizdə cari ilin "Nizami Gəncəvi İli" olması zəngin nəşrlər və vizuallıqla yanaşı, keçirilən müxtəlif tədbirlər ilə sərgi boyunca ziyarətçilərin diqqətinə təqdim ediləcəkdir.

Kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplayan sərgi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Pandemiya səbəbi ilə sərgiyə qatıla bilməyənlər onlayn yayımlanan müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri izləyə biləcəklər.

Qeyd edək ki, 73-cü Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək davam edəcək.

# 3552 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər