Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti oldu

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti oldu
25 iyun 2023
# 10:20

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 7-ci günü də konsertlərlə yadda qalıb. Bu gün Heydər Əliyev Mərkəzinin Auditorium zalında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Kulis.az xəbər verir ki, israilli musiqiçi Benjamin Yusupovun dirijorluğu ilə onun özünün müəllifi olduğu I simfoniya, Firəngiz Əlizadənin “Nağıllar”, Mahmud Turkmaninin “Qara\Ağ” kompozisiyası, Məmməd Quliyevin “Muğam” simfoniyası ifa olunub.

Tacikistanda anadan olan Benyamin Yusupov bəstəkar kimi də tanınır. Onun əsərləri ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Xorvatiya, İsrail, İsveçrə, İtaliya, Rusiya, Tacikistanda səslənib. Musiqiçi bəstəkar kimi bir sıra mükafatlara layiq görülüb.

Konsertin solisti ud ifaçısı Mahmud Turkmani isə Livanda anadan olub. Hazırda Bern konservatoriyasında klassik gitara və ud üzrə dərs deyir. Mahmud Turkmani “Ludus” adlı kvartetin yaradıcısıdır.

# 1757 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər