Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda olub

Azərbaycan Dövlət Pantomim Teatrı Qırğızıstanda qastrolda olub
2 yanvar 2025
# 12:30

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pantomim Teatrı 22-25 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində qastrol səfərində olub.

Kulis.az xəbər verir ki, Pantomim Teatrı Termeçikov adına Milli Dram və Satira Teatrının səhnəsində rejissor Ceyhun Dadaşovun quruluşunda qırğız ədibi Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında "Manqurt" və Bəhruz Vaqifoğlunun quruluşunda Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırlanmış tamaşalar ilə çıxış edib.

Hər iki əsərin pantomim janrında təqdim olunması emosional təsiri artıran qeyri-verbal ifadə vasitələri ilə tamaşaçıların yaddaşında dərin izlər buraxıb və böyük maraqla qarşılanıb.

Qastrol səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyası, Milli Tarix Muzeyi, Aytiev adına Milli Təsviri İncəsənət Muzeyi və İzibaev adına Qırğızıstan Dövlət Sirki ilə tanış olub.

# 2947 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər