Azərbaycan caz musiqisi Berlində

Azərbaycan caz musiqisi Berlində
29 noyabr 2024
# 09:41

Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış caz musiqiçisi İsfar Sarabskinin rəhbərlik etdiyi kvartetin ifasında “Şimalda Xəzər küləyi: Azərbaycan cazı Berlində" adlı konsert proqramı təşkil olunub.

Kulis.az xəbər verir ki, konsertdə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, Bundestaq üzvləri, xarici ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda caz musiqisinin inkişafı barədə məlumat verib. Qeyd olunub ki, caz muğamı kimi tanınan Azərbaycan cazı 1950-ci illərdə Bakıda - əsrlər boyu müxtəlif mədəniyyətlərin və adət-ənənələrin görüş yeri olmuş şəhərdə yaranmış füsunkar üslubdur. Bu musiqi cazın improvizasiya azadlığını muğamın emosional sədaları ilə birləşdirir. Bu unikal vəhdət yenilik və ənənəni ustalıqla birləşdirən musiqi dili yaradır.

Xüsusi vurğulanıb ki, İsfar Sarabski bu ənənəni uğurla davam etdirir və özünəməxsus üslubu ilə ona yeni çalarlar qazandırır. Onun musiqisi təkcə keçmişə hörmət deyil, həm də yaradıcılıq və yeni səslərlə dolu gələcəyə cəsarətli baxışdır.

İsfar Sarabski muğamın mürəkkəb sədalarını cazın sonsuz imkanları ilə toxuyur, eyni zamanda valehedici və ruhlandırıcı unikal səs mənzərəsi yaradır.

Sonra İsfar Sarabskinin kvarteti maraqlı konsert proqramı ilə çıxış edərək, rəngarəng əsərlər ifa edib. Kvartetin üzvlərinin - Bəhruz Zeynalın tarda, Makar Novikovun kontrabasda, Aleksandr Maşinin barabanda rəngarəng ifaları tamaşaçılara xoş ovqat yaşadıb, ayaqüstü alqışlarla qarşılanıb. (AZƏRTAC)

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər