Azərbaycan Beynəlxalq Festivalın fəxri qonağı olacaq

Azərbaycan Beynəlxalq Festivalın fəxri qonağı olacaq
25 avqust 2023
# 16:45

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İstanbul Nişantaşı Universiteti ortaq film festivalı keçirəcək.

Kulis.az xəbər verir ki, 03-12 may 2024-cü il tarixlərində İstanbul Nişantaşı Universitetinin təşkil etdiyi “Film heç bitməsin” kino festivalı keçiriləcək.

Beynəlxalq kino festivalına tammetrajlı, qısametrajlı və sənədli filmlər qəbul edilir. Festivalın əsas mövzusu “Is This The Real?” (Bu, realdırmı?) olacaq.

Beynəlxalq kino festivalına Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, Meksika, Norveç, Polşa, Türkiyə, Yunanıstan və başqa ölkələrdən filmlər qəbul ediləcək. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, elmi-praktiki konfranslar və seminarlar da təşkil olunacaq.

İstanbul Nişantaşı Universiteti “Film heç bitməsin” film festivalı çərçivəsində fəxri qonaq ölkə Azərbaycandır. Azərbaycan kino tarixinin, çağdaş kino sənətinin və mədəniyyətinin qardaş ölkə kinosevərlərinə tanıdılması festivalın ən ümdə amallarındandır.

Festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə ən yaxşı filmlər seçiləcək, seminarlar və ustad dərsləri təşkil ediləcək.

“Film heç bitməsin” festivalına tammetrajlı, qısametrajlı (animasiya, ədəbi və eksperimental) və sənədli film kateqoriyasında yarışmaq üçün filmlərinizi göndərə bilərsiniz. Festivalın şərtlərini öyrənmək və filmlərinizi göndərmək üçün linkindən istifadə edin.

# 2764 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər