"Azər Paşa Nemətov - 75" sərgisi açıldı

"Azər Paşa Nemətov - 75" sərgisi açıldı
15 avqust 2022
# 18:20

Milli Kitabxanada "Azər Paşa Nemətov - 75" sərgisi açılıb.

Kulis.az xəbər verir ki, M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun 75 illik yubileyi münasibəti ilə sərgi açılıb. Sərgidə görkəmli sənətkarlar - Zəfər Nemətov və Azər Paşa Nemətovun həyat və yaradıcılığına həsr olunan kitablar, rejissorun müxtəlif vaxtlarda mətbuata verdiyi müsahibələr nümayiş olunur. Sərgi avqustun sonunadək açıq olacaq.

Teatrın əməkdaşları sərgi ilə tanış olublar. Kitabxananın əməkdaşı Jalə Məmmədova sərgi haqqında geniş məlumat verib. Daha sonra yeni çapdan çıxmış “Azər Paşa Nemətov” kitab-albomu kitabxanaya təqdim olunub.

Qeyd edək avqustun 12-də Prezident İlham Əliyev Xalq artisti Azər Paşa Nemətovun "Şərəf" ordeni ilə təltif olunması haqqında Sərəncam imzalayıb.

Görkəmli sənətkar Azər Paşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda, görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr rejissoru” fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunu bitirib.
Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan rejissor həmin teatrda müxtəlif illər ərzində rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışıb, bu teatrın inkişafında böyük xidmətlər göstərib.
A.Nemətov 1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb, daha sonra dəfələrlə Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak edib.
Azər Paşa Nemətov öz yaradıcılığında müasir dünya avanqard teatrının və Azərbaycan milli teatrının xüsusiyyətlərini ustalıqla birləşdirir.
Teatr sənəti sahəsində xidmətlərinə görə ona 1987-ci ildə “Əməkdar incəsənət xadimi”, 2002-ci ildə “Xalq artisti” fəxri adları verilib. 1997-ci ildə “Humay” milli ictimai mükafatına, 1998 və 2003-cü illərdə “Qızıl Dərviş” mükafatına, 2007-ci ildə “Şöhrət ordeni”nə, 2015-ci ildə “Haldun Taner”, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik medalına layiq görülüb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqüdçüsüdür. 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər