"Azalyalı nağıllar" kitabı işıq üzü gördü

"Azalyalı nağıllar" kitabı işıq üzü gördü
15 aprel 2025
# 13:30

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı, publisist Şəfa Vəlinin yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, "Azalyalı nağıllar" adlı kitab Azərbaycan uşaq ədəbiyyatına dəyərli töhfə kimi 10-13 aprel tarixlərində IV Uşaq Kitab Festivalında balaca oxuculara təqdim edilib.

"Kitabsevərlər" qrupunun təşəbbüsü ilə "AlfaCin" nəşriyyatında işıq üzü görən kitabın naşiri Mübariz Həsənov, redaktoru Cavid Qədir, korrektoru Fariz Məmmədov, texniki redaktoru Aytən Paşayeva, dizayneri Zülfiyyə Abbasovadır. Nəşrin üz qabığında, eləcə də səhifələrində yer alan illüstrasiyalar Sabrina Mürsəqulovaya aiddir.

Ön sözü yazıçı, publisist Məhsəti Musa yazıb.

"Azalyalı nağıllar" kitabı müəllifin uşaq dünyasının rəngarəngliyinə yenidən daxil olmaq cəhdidir. Həm onun, həm də oxucuların yol göstərəni Azalya adlı qızcığazdır.

Qeyd edək ki, 19 fərqli və maraqlı nağıldan ibarət olan bu kitabı oxuyan uşaqlar Azalyanın fikirlərinə, arzularına bələd olacaqlar. Anlayacaqlar ki, hər uşaq öz xəyal dünyasının qəhrəmanıdır.

# 2181 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər