Ayşat Kadırova Çeçenistan hökumətindəki vəzifəsindən istefa verib

Ayşat Kadırova Çeçenistan hökumətindəki vəzifəsindən istefa verib
27 fevral 2025
# 17:16

Çeçenistan lideri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova respublika hökuməti sədrinin müavini vəzifəsini tərk etdiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, xalq artisti bu barədə fevralın 27-də “Instagram” səhifəsində danışıb.

Qeyd edək ki, Kadırova 2023-cü ildə baş nazirin müavini olub. Bundan əvvəl o, Çeçenistanın mədəniyyət naziri vəzifəsini tutub.

Kadırova bu qərara çox düşünərək gəldiyini bildirib.

"Bu iş mənim üçün mühüm təcrübə oldu. Amma düşünürəm ki, bu iş güclü kişi üçün daha uyğundur".

O, respublikanın rifahı üçün çalışacağını, biznes layihələri həyata keçirəcəyini vurğulayıb. Kadırovanın sözlərinə görə, bu fəaliyyəti ilə o, siyasətlə məşğul olmaqdan daha çox fayda gətirə biləcək.

Kadırova çıxışının yekun hissəsində “Firdaws” moda evinə qayıtdığını və moda sənayesində çalışdığını açıqlayıb.

“Mən bütün qadınları xoşbəxt edəcəm”, - Ayşat Kadırova.

26 yaşına qədər Kadırovun böyük qızı bir sıra mükafatlara və titullara layiq görülüb. O, "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalı, "İnsan hüquqlarının müdafiəsinə görə" medalı, "Əməkdə fərqlənməyə görə" fəxri nişanı, habelə respublikanın ən yüksək mükafatı olan Kadırov ordeni ilə təltif edilib.

Bundan əlavə, Kadırova Çeçenistanın əməkdar mədəniyyət işçisi və xalq artisti titullarına layiq görülüb. 2023-cü ilin sentyabrında 2-ci dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.

# 2695 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər