Ayrılmış qızlar, çeçenka saç və makasinli qaqalar - Əlixanın sonuncu filmi niyə uğursuzdur?

Ayrılmış qızlar, çeçenka saç və makasinli qaqalar - Əlixanın sonuncu filmi niyə uğursuzdur?
16 iyul 2025
# 18:40

Kulis.az Ömər Xəyyamın Əlixan Rəcəbov və Azər Quliyevin "Baş Daşı" filmi haqqında yazısını təqdim edir.


Bizim aktyorlar eləcə aktyorluq edir. Yəni, obrazın özünü canlandırmır, obrazın taleyini yaşamır. Ən yaxşı halda obrazı təqlid edir.
Açığı, şübhələnirəm, deyəsən, bizimkilər heç obrazın keçmişini, psixoloji vəziyyətini - ümumiyyətlə, kimliyini işləmir.
Təxminən, belə: qaqaş, bir dənə adam olur, qızı ölür, qardaşı ona pul vermir, axırda barışırlar, bir dənə yağ al gəl.
dram/struktur atüstü qurulub.
Növbəti sekansın, növbəti səhnənin bədii/vizual aqibəti əvvəlcədən aydın olur.
Məzmunun tələb etmədiyi şair obrazına tapşırılıb ki, sən filan yağ butulukasını əlində elə tut ki, kamera onun adını oxuya bilsin, sonra da yumurta bişir.
Olur belə. Görürsən, filmdə ağayana söhbətlər eləyən, xırıltıyla həyata, gerçəklərə ironiya eləyən obrazlar olur, - ayrılmış qızlar, saçı çeçenka, ayağı makasinli qaqalar - özü də, bu qaqalar hər toyda zərb çalanın qabağında atdanıb/düşür, - o dayının obrazını ideallaşdırır, həmin səhnəni kəsib tiktokda, vatsapda paylaşır, qohumlara, tanışlara, mövcudluğun acı həqiqətinə söz soxur.
Di gəl, bizim şairin bunca perspektivi/funksionallığı yoxdur.
Eləcə yağı reklam etmək üçün yumurta bişirir...
Hansısa maşın markasını reklam etmək üçün böyük qardaş, az qala, sexin içinə maşınla girir...
Hələ obrazın atasının qəbri üstündə "badamlı" içməyi...
Məzmun basmaqəlibdir, sözsüz, fəqət üslub da klişedir.
Məsələn, sonlara yaxın - kamera intəhasız çöllüyə boylananda bildim ki, indicə qardaşları göstərəcək. Görəcəm ki, onlar atalarının başdaşını tabut kimi daşıyır.
Elə də oldu...
Onsuz da pul xərclənir, əziyyət çəkirsiniz... Meyxana deyil ha, bədahətən deyəsiniz...
Məzmun elə, üslub belə.
Mövcud vəziyyət məlum, pul/para söhbətləri, texniki avadanlıq məsələsi və sair və ilaxır, ancaq əl/elə verib mövcud şərtlər daxilində daha yaxşı iş görmək olar...

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər