Aydın Talıbzadənin yeni kitabı işıq üzü gördü

Aydın Talıbzadənin yeni kitabı işıq üzü gördü
9 mart 2022
# 15:40

ADMİU-nun “Teatrşünaslıq” kafedrasının müdiri, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Aydın Talıbzadənin "Ramana" adlı kitabı çap olunub.

Kulis.az xəbər verir ki, yazıçının romanıdakı hadisələr üç müxtəlif müstəvidə şəbəkələnir və üç mühüm predmetin iştirakı ilə yığılır: Nərd, Telefon və Telekamera.

Belə ki, romanda hər üç predmet əsərin dilsiz qəhrəmanıdır. Roman bir qumarbazın, bir nərd xiridarının Bakı-İsfahan-Ramana marşrutunda tale yaşantılarının, sevgisinin tarixçəsi, tədqiqatçının nərdin möhtəşəmliyi və mistikası haqqında apardığı söhbətləri və bir muzdlu əskərin müharibə bölgəsindən göndərdiyi video-selfiləridir. Onların hamısı 12 şəbəkə vasitəsilə bir-birinə birləşib bütövləşir.

Oxucunun ən çox diqqətini kitabın mündəricatı çəkir.

I ZƏR KƏPƏNƏKLƏR

II ƏSƏR KÜLƏKLƏR

III KÜSƏR MƏLƏKLƏR

IV BİR TƏK SƏNƏ GÖRƏ

V DÖNƏR FƏLƏKLƏR

VI ÇILĞIN DƏRƏBƏKLƏR

VII ƏZİK ÇİÇƏKLƏR

VIII NƏRD ATƏŞİ İÇRƏ

IX TUTQUN BƏBƏKLƏR

X MƏNFUR GÖBƏLƏKLƏR

XI ÖLÜM BƏLƏKLƏR

XII BİR GÖYƏRÇİN GÜNÜ

Qeyd edək ki, kitab 420 səhifədən ibarətdir.

# 2977 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər