AYB-yə qəbul başlandı

AYB-yə qəbul başlandı
13 dekabr 2021
# 15:05

Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı başladı.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırır ki, 2022-ci ilin yanvar ayının 10-dan fevral ayının 10-a qədər üzvlük üçün tələb olunan aşağıdakı sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər:

- Geniş tərcümeyi hal (yaradıcı məqamlar ətraflı göstərilməklə) ;
- Çap olunmuş kitablar (hərəsindən 1 nüsxə);
- Mətbu nəşrləri də göstərilməklə çap olunmuş əsərlərin ümumi siyahısı;
- AYB üzvü olan 3 nüfuzlu ədibin zəmanəti (bildiririk ki, zəmanət verən şəxslər AYB aparatında işləməməli, AYB-nin ictimasi statuslu şuralarında və Qəbul Komissiyasında təmsil edilməməli, eyni zamanda 10 ildən artıq AYB üzvü olmalıdırlar) ;
-Üzvlüyə qəbulla bağlı ərizə ;
-AYB üzvünün qeydiyyat vərəqəsi ;
-Şəxsiyyət vəsiqəsinin surəti;
- 3x4 ölçüdə 3 ədəd rəngli fotoşəkil;

Blidiririk ki, 30 yaşa qədər gənclər qəbul üçün 2 zəmanət təqdim edə bilərlər. Eyni zamanda, bölgələrdə yaşayan və üzv olmaq istəyən şəxslərin üzvlüyü üçün AYB-nin müvafiq filial və bölmələrindən təqdimatın olması vacibdir.

AYB-nin nəşrlərində əsərləri çap olunan şəxslərə qəbul zamanı üstünlük veriləcəkdir.

AYB üzvünün qeydiyyat vərəqəsi və ərizə forması Qəbul komissiyasından götürülməli, yaxud sənədlər təqdim edilən zaman doldurulmalıdır.

Əlavə məlumat almaq istəyən şəxslər (+99412) 493-74-81 telefonuna zəng edə, Qəbul komissiyasının katibi Məlahət Qənbərova ilə əlaqə saxlaya bilərlər.

# 3765 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər