AYB-nin Fəxri diplomları təqdim edildi

AYB-nin Fəxri diplomları təqdim edildi
24 iyul 2023
# 15:48

Bu il Şuşada keçirilən «Vaqif poeziya günləri» çərçivəsində qonaqlara təqdim olunan «Dövri-səda» konsert proqramını və «Vaqif dünyası» ədəbi-musiqili kompozisiyası hazırladıqlarına görə bir qrup incəsənət xadimi Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomları ilə təltif olunub.

Kulis.az xəbər verir ki, mükafatlandırma mərasimini giriş sözü ilə açan AYB sədrinin müavini Rəşad Məcid bu il də «Vaqif poeziya günləri»nin yüksək səviyyədə keçdiyini, ədəbi mühit tərəfindən çox bəyənildiyini vurğulayıb və buna görə tədbirin əsas təşkilatçıları olan Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə xüsusi təşəkkürünü bildirib.

AYB sədri, Xalq yazıçısı Anar «Vaqif poeziya günləri»ndəki bədii-musiqili tədbirləri hazırlayan incəsənət xadimlərinə minnətdarlığını bildirib, bəstəkar Vüqar Camalzadəyə, bəstəkar Azər Hacıəsgərliyə, rejissor Bəhruz Vaqifoğluya, aktyor Azad Şükürova və AYB katibi İlqar Fəhmiyə Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomlarını təqdim edib.

# 2138 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər