AYB-dən qalmaqallı yazıya cavab gəldi: “Yaxşı olar ki…”

AYB-dən qalmaqallı yazıya cavab gəldi: “Yaxşı olar ki…”
25 oktyabr 2021
# 14:01

“Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İbrahimlinin Kulis.az saytında dərc edilmiş “AYB-nin diplomsuz “aslanı” başlıqlı yazısında Yazıçılar Birliyi və sədrin baş müşaviri Rauf Aslanov haqqında həqiqətə uyğun olmayan fikirlər yer alıb.”

Bu barədə Kulis.aza Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildiriblər. Daha sonar qeyd ediblər:

“Azərbaycan Yazıçılar Birliyinin sədrinə iş üçün marciət etdiyini və uzun illər keçməsinə baxmayaraq hələ də işə qəbul olunmadığını bildirən İbrahim İbrahimli, bu müddət ərzində yazıçılığa aidiyyatı olmayan adamların işə qəbul olunduğunu bildirir. Daha sonra yazıda “baş müşavir olan bu şəxsin heç bir ali savadı yoxdur, heç bir universitetdə oxumayıb, yalnız orta məktəbi bitirib” fikirləri yer alır.

Əvvəla Yazıçılar Birliyində İbrahim İbrahimliyə uyğun hesab etdiyimiz hər hansısa vakansiya yoxdur. İkincisi, “ədəbiyyata heç bir dəxli olmayan xeyli adam işlə təmin edilib” faktını göstərsin görək kimləri deyir. Üçüncüsü isə Rauf Aslanovun diplomu ilə bağlı kimdəsə şübhə varsa, Yazıçılar Birliyinin kadrlar şöbəsinə sorğu ilə müraciət edə bilər.

Yaxşı olar ki, qələm adamı qiymətli zamanını şərə, böhtana deyil, yaradıcılığa həsr etsin.”

# 4429 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər