AYB-dən ev alan 21 nəfər bəyanat imzaladı

AYB-dən ev alan 21 nəfər bəyanat imzaladı
28 noyabr 2023
# 14:56

AYB-nin 21 üzvünü evlə təmin etməsi xəbəri müzakirələrə səbəb olub. Ev alan üzvlər bununla bağlı bəyanat imzalayıb.

Kulis.az bəyanatı təqdim edir.

"Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup üzvünə və əməkdaşlarına mənzil verilmişdir. Biz sənədlərin imzalanması üçün Yazıçılar Birliyinə dəvət olunanda bizim üçün sürpriz oldu. Yeri gəlmişkən, ölkəmizin başçısına, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Qələm yoldaşlarımızdan xeyli təbrik almışıq. Bizimlə bərabər sevinənlərə təşəkkür edirik. Təəssüf ki, mənzil alanların siyahısına düşməmiş bir-iki AYB üzvü sosial şəbəkələrdə, tv kanallarında mənzil alanların ünvanına təhqiredici sözlər işlədərək, haqsızlıqda, ədalətsizlikdə ittiham edərək, necə deyərlər, sevincimizi qursağımızda qoydular. Biz bu fikirdəyik ki, bölgü zamanı heç bir ədalətsizlik olmayıb, mənzillər ədəbiyyat sahəsində xidmətləri olan qocaman yazıçılara, mənzil şəraiti ağır olan, heç mənzili olmayan yazıçı və əməkdaşlara verilib, siyahıda kənardan gəlmə heç kim yoxdur. Qeyd etmək yerinə düşər ki, mənzillə təmin olunmuş əməkdaşların yeganə iş yeri Yazıçılar Birliyidir və onların da Azərbaycan vətəndaşları kimi mənzil almaq hüquqları var və onların adlarını hallandırıb yuxarıdan-aşağı baxmaq qələm adamlarına yaraşmaz. Yazıçılar Birliyi son 30-35 ildə üzvlərinin mənzil problemini həll etmək üçün bütün imkanlarını səfərbər edib və ən çox mənzil bu dövrdə paylanıb. Mənzil davası edənlər ilk növbədə yazıçı nüfuzuna kölgə salırlar. İctimaiyyət qarşısında nalayiq sözlər işlətmək, insanlara iftira atmaq, dedi-qodu yaymaq, üzvü olduqları təşkilat barədə yanlış təsəvvür yaratmağa çalışmaqla yalnız özlərini gözdən salan səxslərə sözümüz budur ki, davranışınız doğru deyil. Biz ürəkdən istəyirik ki, bütün qələm yoldaşlarımız, əməkdaşlarımız tezliklə bizim kimi sevinsinlər. Yazıçılar Birliyi hamımızın doğma ocağıdır, bu ocaqdan kiməsə zərər gəlməyib, amma xeyrini görənlər çox olub, bu ocaq bizim pənahımızdır, uman yerimizdir, qorumaq da borcumuzdur".

# 6545 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər