"Avroviziya"nın ən yaşlı qalibi, "Rusiya tərəfdarı" olduğuna görə Kiyevdə etirazla qarşılanan məşhur italyan müğənnisi...

"Avroviziya"nın ən yaşlı qalibi, "Rusiya tərəfdarı" olduğuna görə Kiyevdə  etirazla qarşılanan məşhur italyan müğənnisi...
7 iyul 2025
# 11:00

Bu gün məşhur italyan müğənnisi, bəstəkarı və söz müəllifi Toto Kutunyonun doğum günüdür.


Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları və müğənninin dünyada məşhur olan beynəlxalq hitini təqdim edir.

Əsl adı Salvatore Kutunyo olan Toto Kutunyo 7 iyul 1943-cü ildə İtaliyada anadan olub.

O, Sanremo Musiqi Festivalında 13 dəfə iştirak edib. 1980-ci ildə “Solo noi” mahnısı ilə birinci olub. Ən məşhur mahnılarından biri isə – “L’italiano”dur.

1990-cı ildə “İnsieme: 1992” mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində birinci yeri tutaraq İtaliyaya qələbə qazandırıb. O, yarışmanı qazanan dövrdə ən yaşlı qalib olaraq tarixə düşüb.

Onun mahnıları Co Dassen, Dalida kimi dünya ulduzları tərəfindən ifa olunub. “L'été indien”, “Et si tu n'existais pas” kimi hitlərdə müəllif kimi imzası var.

2019-cu ildə Ukrayna siyasətçiləri onun Kiyevdə konsert verməsinə etiraz edərək onu "Rusiya tərəfdarı" adlandırmışdılar. Bütün təzyiqlərə baxmayaraq, konsert baş tutmuşdu.

Uzun müddət xəstəliklə mübarizə aparan sənətçi 2023-cü ildə Milanda dünyasını dəyişib.


# 1961 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər