Avropa Yayımları İttifaqı (EBU) "Avroviziya" Mahnı Müsabiqəsinin təşkilatçılığı ilə bağlı qaydalara mühüm dəyişiklik edib.
Kulis.az xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə və ya gərgin geosiyasi vəziyyətdə olan qalib ölkələr yarışmaya ev sahibliyi etmək hüququnu avtomatik olaraq itirə bilər.
EBU-nun açıqlamasına görə, ölkənin və ya onun yaxın ətrafının təhlükəsizliyinə və sabitliyinə ciddi təsir göstərən amillər olduqda, qalib gələn ölkə ev sahibliyinə uyğun sayılmayacaq.
Birlik qərar qəbul etməzdən əvvəl müstəqil təhlükəsizlik qiymətləndirməsi aparacaq.
Əgər qalib ölkənin ev sahibliyi ləğv olunarsa, EBU təşkilatçılığı başqa ölkəyə həvalə edəcək və həmin ölkə müsabiqəni başqasının adından deyil, öz adından təşkil edəcək.
Rəsmi bəyanatda hər hansı ölkənin adı çəkilməsə də, İsrail 2025 və 2026-cı illərdə yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, İspaniya, İrlandiya, Niderland, Sloveniya və İslandiya Qəzza müharibəsinə etiraz olaraq Vyanada keçirilən "Avroviziya-2026" yarışmasını boykot etmişdi.
Xatırladaq ki, 2022-ci ildə müsabiqənin qalibi olan Ukrayna müharibə səbəbindən 2023-cü ildə təşkilatçılığı həyata keçirə bilməmiş və yarışma Böyük Britaniyanın Liverpul şəhərində təşkil olunmuşdu.
“Avroviziya”dan yeni qərar – Gərgin geosiyasi vəziyyətlə bağlı
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026