"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR
11 dekabr 2024
# 11:30

Gələn il İsveçrənin Bazel şəhərində keçiriləcək beynəlxalq "Avroviziya" mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.

Kulis.az-ın məlumatına görə, buna səbəb son bir neçə ildə bəzi davranışlar səbəbindən qalmaqalların yaşanması olub. Təşkilatçılar akkreditasiya almaq üçün tələb olunacaq məcburi davranış kodekslərini elan ediblər.

Bundan əlavə, iştirakçıları daha yaxşı dəstəkləmək üçün əlavə tədbirlər görüləcəyi bildirilib.

Qeyd olunub ki, davranış kodeksinin imzalanması akkreditasiya üçün ilkin şərtdir. Yerli qanunlara məhəl qoymamaq və siyasi fikir bildirmək qadağandır. Siz həmçinin ünsiyyət qaydalarına və davranışınıza əməl etməlisiniz.

Medianın işində də dəyişikliklər olacaq. İştirakçılar üçün çəkilişlərin qadağan olunduğu pərdəarxası zonalar yaradılacaq. Orada kameralar və jurnalistlər olmayacaq. İştirakçılar daha çox qapalı məşq keçirəcəklər. Müğənnilərə istirahət üçün daha çox vaxt verilməsi nəzərdə tutulub.

Belə ki, sadalanan dəyişikliklər ilk dəfə tətbiq ediləcək.

Xatırladaq ki, bu il Niderlandı təmsil edən müğənni Joost Klein "Avroviziya" Mahnı Müsabiqəsindən uzaqlaşdırılıb. Buna səbəb onu lentə alan fotoqrafla mübahisə yaşaması olub. Həmçinin İsrail-Fələstin münaqişəsi fonunda şüarlar səsləndirilib.

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Biletlər ilin sonunda satışa çıxarılacaq.

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.

# 2699 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər