""Avroviziya" seçimləri şəffaf keçmir" - İddia

""Avroviziya" seçimləri şəffaf keçmir" - İddia
1 fevral 2023
# 10:00

Azərbaycanı "Avroviziya"da təmsil etmək üçün müraciət edən namizədlərdən biri Rauf Kingsley seçim turlarından narazıdır.

Kulis.az xəbər verir ki, ifaçı artıq nəticələrin bəlli olduğunu və yarışda ölkəmizi "Mamagama" qrupunun təmsil edəcəyini bildirib. O, seçimlərin şəffaf keçmədiyini iddia edib:

"Bizim deleqasiya nümayəndələri, başda Eldar Qasımov və onun meneceri Omar Əbdülkərim olmaqla, göndərilən heç bir sənətçinin mahnılarını nəinki dəyərləndirilməyib, hətta "shortlist"ə belə salınmayıb. Birbaşa Omerin artist meneceri olduğu "Mamagama" qrupunu seçiblər. Seçməkdən əlavə qrupu bir neçə gün əvvəl dağıdıb xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıblar. 2 gün əvvəl gecə ilə qondarma qrup yaradaraq "Avroviziya"ya göndərməyi planlayırlar. Əlavə olaraq, öz yaratdıqları saxta "shortlist"ə 2-3 potensialsız artist əlavə ediblər ki, iş gördüklərini sübut etsinlər. Sonda həmin artistləri yola salıb, yenə öz qrupları ilə yollarına davam etməyi düşünüblər. Əgər bunu belə etməyi planlaşdırırdınızsa, o zaman niyə boşuna mahnı və sənətçi qəbulu açıq elan edib, yüzlərlə artist və mahnı qəbul etdiniz? Zatən qrup özü qabiliyyət məzmunlu postlarını, 100 % əmin kimi noyabrdan paylaşmağa başlayıb. Noyabrdan etibarən qalibin kim olduğunu bilsəydik dəyərli zamanımızı və əməyimizi artıq dərəcədə biabırçı bir seçimə sərf etməzdik. Bu etdiyiniz həm mənə, həm də mənim kimi yüzlərlə sənətçiyə təcavüzüdür. Hər kəsə səslənirəm, müsiqi həyatdır, müqəddəsdir, birlikdir, ruhun qidasıdır. Musiqi ilə bağlı bir yarışmanı bu qədər çirkinləşdirmək olmaz. "Shortlist"in yenidən yaradılmasını şəffəf və açıq şəkildə ən layiqli sənətçinin və mahnının, ədalətli seçilməyini tələb edirəm".

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər