"Avroviziya" mahnımız təqdim olundu - Video

"Avroviziya" mahnımız təqdim olundu - Video
9 mart 2024
# 14:00

Emi Lia (Emiliya Yaqubova) "Avroviziya 2024" üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.

Kulis.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emi Lia "Avroviziya 2024" seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini - “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.

Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli edib, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun yazıb. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.

Emi Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:

“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.

Qeyd edək ki, ifaçı "Avroviziya 2024" Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər