“Avroviziya 2025”in keçiriləcəyi şəhər məlum oldu

“Avroviziya 2025”in  keçiriləcəyi şəhər məlum oldu
30 avqust 2024
# 13:07

2025-ci ildə "Avroviziya" mahnı müsabiqəsinin İsveçrənin Bazel şəhərində keçiriləcəyi məlum olub.

Kulis.az "Avrovizya"nın rəsmi saytına istinadən xəbər verir ki, nəqliyyat, mehmanxana imkanları və təhlükəsizlik daxil olmaqla standartlara cavab verdiyinə görə müsabiqənin Bazeldə keçirilməsinə qərar verilib.

Müsabiqənin təşkilatçısı Martin Österdal deyib:

''Avropa Yayım İttifaqı Bazelin 2025-ci ildə Avrovizya Mahnı Müsabiqəsi üçün ev sahibi şəhər seçilməsindən çox məmnundur. Müsabiqə ilk dəfə 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilib və onu təxminən 70 ildən sonra yenidən evinə qaytarmaq çox gözəldir. Bazelin Avropanın kəsişməsində yerləşməsi onu ideal məkana çevirir".

Qeyd edək ki, bu il dünya üzrə 163 milyon tamaşaçının izlədiyi müsabiqənin finalı mayın 17-si keçiriləcək.

Ülvi Bahadır

# 2525 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər