Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı

Avropa Teatr Tərcümə Şəbəkəsi seçim prosesinin nəticələrini açıqladı
22 mart 2026
# 10:30

CHARACTERS Müasir Dramaturgiya Hərəkatı çərçivəsində fəaliyyət göstərən EURODRAM-ın Azərbaycan Komitəsi qərarını təqdim edib.

Kulis.az xəbər verir ki, 2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin tanıdılması ilə məşğuldur, dil müxtəlifliyinin inkişafına və teatr peşəkarlarının dəstəklənməsinə töhfə verir.

CHARACTERS-in bədii rəhbəri və Azərbaycan Komitəsinin koordinatoru İsmayıl İmanın sözlərinə görə, EURODRAM ilə əməkdaşlıq 2023-cü ildə CHARACTERS-in fəaliyyətə başlamasından dərhal sonra qurulub: "Həmin dövrdə EURODRAM-ın Azərbaycan Komitəsinin fəaliyyəti də bərpa olunub. “CHARACTERS hər il ən yaxşı dramaturji mətnləri seçir, növbə ilə həm orijinal Azərbaycan pyeslərini, həm də xarici pyeslərin Azərbaycan dilinə tərcümələrini qiymətləndirir. Bu il münsiflər heyətimiz üç orijinal pyes seçdi, bu barədə biz martın 10-da - Milli Teatr Günündə elan etdik. EURODRAM üçün seçilmiş pyeslər CHARACTERS-in qərarını təkrarlayır”.

EURODRAM-ın Azərbaycan Komitəsinin seçimi:

1-ci yer – Jalə İsmayıl, “Quyuda bitən qamışın monoloqu”;

2-ci yer – Abdulla Elşadlı “_”;

3-cü yer – Hacı Səfərov, “Eyay”.

İsmayıl İmanın sözlərinə görə, həm orijinal, həm də tərcümə pyesləri üzrə müsabiqələrin müntəzəm keçirilməsi prosesi canlandırmağa xidmət edir. Bu, bir tərəfdən müasir dramaturgiyanın inkişafına və yeni pyeslərin Azərbaycan teatr məkanına daxil olmasına, digər tərəfdən isə Azərbaycan dramaturgiyasının xaricdə tanınması imkanlarının genişlənməsinə şərait yaradır.

2026-cı ilin aprel ayında CHARACTERS qalib pyeslərin oxunuş proqramını bir neçə məkanda həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu tədbirlər çərçivəsində qaliblərə sertifikatların təqdimatı da keçiriləcək.

# 1315 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər