Atasız uşaq doğmağından fəxrlə danışanlara susan Şura Zakir Əliyevə niyə hücum çəkdi?

Atasız uşaq doğmağından fəxrlə danışanlara susan Şura Zakir Əliyevə niyə hücum çəkdi?
23 iyul 2025
# 15:36

Kulis.az Lalə Mehralının yeni yazısını təqdim edir.

Bir neçə gün əvvəl Əməkdar artist Zakir Əliyevin efirdə səsləndirdiyi fikirlərə görə Audiovizual Şura Xəzər TV-yə xəbərdarlıq etmişdi.

Xanəndə efirdə deyib:

"O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidir. Allah kişini üstün yaradıb. Əgər kişidirsə, evdə onun səsi çıxmalıdır. Azərbaycan ailəsində belə olmalıdır".

Dediklərini Şura gender ayrı-seçkiliyi kimi qəbul edib. Üslubu sərtdir, amma yalan deyil dediyi. Ailəli olan bütün qadınlar bunu anlayır - hamımız evdə ən son qərarı ərimizlə məsləhətləşirik, o qol qoymasa, ya gərək boşanaq, ya da ortaq bir yol tapaq. Bu, kişinin üstünlüyü kimi qələmə verilməməlidir, qadının öz həyat yoldaşına hörmətidir bu.

Xanəndə bərəkət barədə düzgün fikir irəli sürməyib, əksinə, qadının olmadığı evin bərəkəti olmaz. Bərəkət elə qadınla gəlir evə və bütün evli kişilər bunun fərqindədir. Amma idarəetmədə "sən", "mən" davası olacaqsa o ailədən ailə olmaz. Ailə birlikdə idarə edilər, hərə öz üstünə düşəni edər. Ortaq yolu da belə tapırıq hamımız. Gender bərabərliyi deyə-deyə əri arvadına, arvadı ərinə düşmən elədilər.

Nə isə, mənim demək istədiyim başqa şeydir. Xanəndənin sözlərini "cinsi ayrı-seçkiliyin təbliği" kimi qəbul edən Audiovizual Şura bu günədək efirlərdə baş verən əxlaqsızlıqlara niyə səssiz qalırdı? Ailə dəyərlərini yerə atıb öz dikdabanları ilə üstündə atılıb düşən lüt-madərzad aparıcılara niyə etiraz eləmir? Ailə sirlərini, məhrəmiyyəti o sosial layihə kimi təqdim elədikləri verilişlərdə faş edib milyonlarla insana göstərənlərə niyə xəbərdarlıq edilmir?

Tumanla, büstqalterlə efirə çıxıb bizə əxlaq, mənəviyyat dərsləri verən aparıcılara, müğənnilərə niyə etiraz eləmir Şura? Onlar da xalqın əxlaqını pozur axı? Efirdə atası olmayan qızlara həqarət edən birisini 2 ay sonra yenə başa keçirən TV-yə niyə xəbərdarlıq eləmir? Özü atasız uşaq dünyaya gətirən birisi efirə çıxıb atasız böyümək məcburiyyətində olan minlərlə uşağı təhqir edə bilir, bu cəsarəti ona cəzasızlıq verir.

Zamanında bu adamlara xəbərdarlıq edilmədiyi üçün bu gün istənilən adam efirə çıxıb hərzə-hərzə danışmaq ixtiyarı görür özündə. Efir müqəddəs idi bir vaxtlar, toxunulmaz idi, əlyetməz, ünçatmaz idi. Efirdə olanların dediyi "Quran" ayəsi idi tamaşaçı üçün. Çünki bilirdilər ki ora elə-belə adam çıxmaz, çıxarmazlar! Tamaşaçı bilirdi ki efirdə ailəni, cəmiyyəti pozan heç nə göstərilməz.

Qadın-kişi bərabərliyi məsələsi efirdə müzakirə edilən ən bəsit məsələdir, əslində, daha təhlükəli məsələləri görmürlər, ya da görmək istəmirlər. Bu məsələyə qədər efirlərdə əxlaq pozan, mənəviyyat ləkələyən, ailə dağıdan, insanları təhqir edən çox əxlaqsız məsələ müzakirə edilib və Şura heç vaxt onlara fikir bildirməyib. Biri çıxır atasız uşaq doğmağından fəxrlə danışır, Şura dinmir. O biri çıxır başqasının nikahlı ərindən necə uşaq düzəltdiyini deyir, Şura dinmir. Başqa bir əxlaqsız çıxır vətəndaş nikahlarını müdafiə edir, Şura yenə dinmir.

Əxlaqsızlığın azadlıq hesab edildiyi, soyunmağın adının cəsarət qoyulduğu, məhrəm yerlərin nümayişinın müasirlik adlandırıldığı yerdə başqa nə gözləmək olardı ki?

# 3014 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər