Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlandı

Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlandı
30 iyul 2026
# 12:58

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu ekspedisiyası Əlişa qalasında arxeoloji tədqiqatları davam etdirir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərliyi ilə fəaliyyət göstərən Astara rayonu ekspedisiyası tərəfindən Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında növbəti arxeoloji qazıntı mövsümünə başlanılıb.

Tədqiqatların məqsədi qala divarlarının konstruksiyasını, fundamentinin davametmə istiqamətini, müdafiə sisteminin xüsusiyyətlərini və qala daxilindəki memarlıq tikililərinin tikinti ardıcıllığını müəyyən etməkdir.

Qazıntılar zamanı qalanın müdafiə sisteminə aid yeni memarlıq elementləri aşkar edilib. Əsas istinad divarının eni təxminən 2 metr, bəzi hissələrdə isə bundan artıqdır. Divarların aşağı hissəsinin sal qaya üzərində iri qaya daşlarından, yuxarı hissəsinin isə 22×22 sm ölçülü bişmiş kərpiclərdən inşa edildiyi müəyyən edilmiş, bəzi hissələrdə əhəng məhlulu da qorunub saxlanılıb.

Əvvəlki illərdə aşkar edilmiş daş su hövzəsi ətrafında tədqiqatlar davam etdirilib, üç su axını qurğusu, saxsı su tüngləri və su təchizatı sisteminə aid yeni memarlıq elementləri üzə çıxarılıb.

Bu mövsümün ən mühüm tapıntılarından biri sitadelin cənub hissəsində aşkar edilmiş bişmiş kərpicdən inşa olunmuş günbəzli memarlıq quruluşudur. Tikilinin daxili ölçüləri təxminən 2,00 × 2,80 metr, ümumi uzunluğu 3,60 metr, günbəz örtüyünün qalınlığı isə 1,25 metrdir. Bununla yanaşı, oval formalı memarlıq tikilisi, yonulmuş daş döşəmə və digər memarlıq qalıqları da aşkar edilib.

Tapıntılar Astara bölgəsinin XII əsrin sonu – XIV əsrin əvvəllərində Səlcuq-İslam mədəni mühitinin mühüm mərkəzlərindən biri olduğunu göstərən mühüm arxeoloji dəlil sayılır.

Hazırda Əlişa qalasında arxeoloji qazıntılar davam edir. Növbəti mərhələdə qala kompleksinin memarlıq planının və funksional təyinatının daha dəqiq müəyyənləşdirilməsi istiqamətində tədqiqatların genişləndirilməsi nəzərdə tutulur.

# 689 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər