Aşıq Ələsgərin 205 illiyi münasibətilə sərgi açıldı

Aşıq Ələsgərin 205 illiyi münasibətilə sərgi açıldı
1 aprel 2026
# 13:00

Respublika Gənclər Kitabxanasında Aşıq Ələsgərin 205 illiyi münasibətilə “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Azərbaycan ədəbi-mədəni irsinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun poeziyasının dərin fəlsəfi mahiyyəti və milli-mənəvi dəyərlərimizin formalaşmasındakı rolu geniş şəkildə təqdim olunub.

Sərgidə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni yer alır. Bu sənəd Aşıq Ələsgər irsinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Virtual kitab sərgisində görkəmli ədiblərin – Xalq şairləri Səməd Vurğun, Məmməd Araz, Xalq yazıçıları Mirzə İbrahimov , Mehdi Hüseyn, həmçinin akademiklər Həmid Araslı və Məmməd Arif tərəfindən Aşıq Ələsgər haqqında söylənilən dəyərli fikirlər yer alıb.

Həmçinin Aşıq Ələsgərin yaradıcılığını əhatə edən bir çox kitabların tam mətni oxuculara təqdim edilir. Eyni zamanda “Aşıq şeiri”, “Sazlı sözlü Göyçə”, “Aşıq Ələsgər”, “Ustad nəfəsli saz-söz ərməğanı”, “Aşıq Ələsgər yaradıcılığında sufizm”, “Xalq aşığı Ələsgər” kimi nəşrlər də sərgilənib.

Bununla yanaşı, virtual sərgidə dövrü mətbuat materialları da geniş şəkildə təqdim olunur. “Xalq deyimləri Aşıq Ələsgər poeziyasının qaynağı kimi”, “Yüksək mənəvi-əxlaqi dəyərlərin ulu carçısı”, “Göyçə soyqırımı Aşıq Ələsgər yaradıcılığında”, “Aşıq Ələsgər fenomeninə günümüzün poetik baxışı” kimi məqalələrin tam mətni sərgidə yer alaraq oxucuların istifadəsinə verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Saz, söz ustadı Aşıq Ələsgər” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər