Ariana Qrandedən Ağ Evə sərt etiraz

Ariana Qrandedən Ağ Evə sərt etiraz
12 iyun 2026
# 10:30

Amerikalı pop ulduz Ariana Qrande Ağ Evin miqrasiya siyasətini təbliğ edən sosial şəbəkə videosunda onun musiqisindən istifadə edilməsinə sərt reaksiya verib.

Kulis.az xəbər verir ki, müğənni rəsmi qurumdan mahnısının bu məqsədlə istifadə olunmamasını tələb edib.

Bazar ertəsi "TikTok" platformasında paylaşılan videoda sərhəd xidməti əməkdaşlarının miqrantları qandalladığı anlar əks olunur və fonda Qrandenin 2024-cü ildə hit olan "Bye" mahnısı səslənir. Videoya belə bir şərh yazılıb:

"Gülə-gülə... Prezident Donald Tramp tarix boyunca ən təhlükəsiz sərhədi təmin edib".

Ariana Qrande həmin paylaşımın rəy bölməsinə daxil olaraq öz hiddətini belə ifadə edib:

"Xahiş edirəm, mənim musiqimi bu vəhşi, qeyri-insani və iyrənc cəfəngiyatla əlaqələndirməyin".

Ağ Evin mətbuat katibi Ebiqeyl Cekson isə ABŞ mediasına açıqlamasında müğənniyə kəskin cavab verib:

"Əsl vəhşilik, qeyri-insani hərəkət və iyrənclik günahsız Amerika vətəndaşlarını yaralayan və qətlə yetirən qeyri-qanuni əcnəbi cinayətkarların əməlləridir".

Ağ Evin bu videosu Donald Trampın prezidentlik müddətinin qalan iki il yarımı ərzində miqrasiya idarələrinə 70 milyard dollardan çox maliyyə ayrılmasını təsdiqləyən qanun layihəsini imzalamasından sonra yayımlanıb. Videoda zabitlərin insanları qandallaması, maşınlara mindirməsi və daha sonra saxlanma mərkəzlərinə yerləşdirməsi kadrları yer alır.

Diqqətçəkən məqam isə odur ki, Qrande paylaşıma rəy yazdıqdan sonra videonun səsi alınıb və onun şərhi silinib. Bundan sonra bir çox istifadəçi videonun altına rəy yazaraq Qrandenin şərhinin yoxa çıxdığını və səsin kəsildiyini qeyd edib.

# 847 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər