“Arena di Verona”da azərbaycanlı vokalçı ilə üç axşam

“Arena di Verona”da azərbaycanlı vokalçı ilə üç axşam
12 avqust 2024
# 15:22

İtaliyanın Verona şəhərində keçirilən ənənəvi “Arena di Verona” opera festivalında çıxış edən dünya ulduzları arasında Azərbaycanın Xalq artisti, Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov da var.

Kulis.az xəbər verir ki, Yusif Eyvazov festivala C.Puççininin “Toska” operasında əsas kişi partiyasını – Mario Kavaradossi partiyasını ifa etmək üçün dəvət olunub.

Azərbaycan vokalçısının iştirak etdiyi iki tamaşa geridə qalıb. Y.Eyvazov 2 və 9 avqust tarixlərindəki uğurlu çıxışından sonra ayın 16-da növbəti dəfə Kavaradossi kimi səhnəyə çıxacaq.

Yeri gəlmişkən, 20 min tamaşaçı tutan, lakin təhlükəsizlik baxımından 15 min insanın seyr etdiyi nəhəng amfiteatrda göstərilən tamaşalar məxsusi olaraq bu səhnənin parametrləri (eni 100, uzunluğu 140 metr) nəzərə alınaraq hazırlanır.

Uqo de Ananın quruluş verdiyi, dirijor Deniel Orenin musiqi rəhbəri olduğu “Toska”da Anna Netrebko, Luka Salsi, Qabriele Saqona kimi dünya opera ulduzları Yusif Eyvazovla tərəf-müqabil olublar.

# 2389 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər