Aranda kino günlərinə start verilir

Aranda kino günlərinə start verilir
15 aprel 2025
# 10:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün sislsilə tədbirlər keçirir.

Kulis.az xəbər verir ki, bu məqsədlə yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur.

AKİ-nin bölgələrdə kino günləri layihəsi bu il yenidən start götürür. Bu dəfə təyinat yeri Aran zonasıdır.

16-30 aprel tarixində keçiriləcək nümayişlər Zərdab, Ucar, Göyçay, Yevlax, Ağdaş rayonlarını əhatə edəcək. Tamaşaçılara Azərbaycan müasir kinosunun nümunələri – “Aktyor” (rej.Aydın Arslan), “Balaca” (rej.Ruslan Ağazadə), “Tənha insanın monoloqu” (rej.Emin Əfəndiyev), “Oturacaqlar” (rej.Orxan Ağazadə), “Quxuroba” (rej.Teymur Qəmbərov), “Eviniz abad” (rej.Mirsadıq Ağazadə) qısa və tammetrajlı bədii filmləri, o cümlədən, Vahid Talıbovun “Lağım” və “Arzular.. arzular”, Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü”qısametrajlı animasiya filmləri və Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Aynur Kazımovanın “Unudulmuş arzular” qısametrajlı sənədli filmləri təqdim olunacaq.

Qeyd edək ki, nümayişlərdə ənənəyə sadiq qalaraq, filmlərin yaradıcı heyətləri və kinotənqidçi Aygün Aslanlı, tamaşaçılarla müzakirələr aparacaqlar.

# 1726 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Məşhur aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

“Dinsiz və imansız” elan edildi, vətənindən qovuldu – Mirzə Əli Möcüzün faciəvi taleyi

13:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər