Aqşin Yenisey mükafatlandırıldı

Aqşin Yenisey mükafatlandırıldı
10 oktyabr 2022
# 18:26

9 oktyabr 2022-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında şair Aqşin Yeniseylə “Şeir axşamı” adlı tədbir keçirildi.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində Aqşin Yenisey Azərbaycan Respublikası Mədəniyyət Naziriliyi tərəfindən təsis olunan “Şuşa-270” döş nişanı ilə təltif olundu. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli döş nişanını Aqşin Yeniseyə təqdim etdi.

Təltif mərasimindən sonra Aqşin Yenisey təəssüratlarını bölüşdü. Bakı Beynəlxalq Kitab Sərgisində beşinci dəfə iştirak etdiyini, ilk dəfə belə bir təltiflə mükafatlandırıldığını bildirən Aqşin Yenisey qeyd etdi ki, “bu mənim üçün çox gözlənilməz oldu. Şuşa şəhərinin adını daşıyan hər bir şey mənim üçün dəyərli və qiymətlidir. Çox qürurla mən bu döş nişanını öz üzərimdə daşıyacam. Artıq Şuşa mənim ürəyimin başında olacaq. Mən bu dəyərə görə ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı idi.

# 2598 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər