Aqşin Yenisey: "Əgər istedad yoxdursa..."

Aqşin Yenisey:  "Əgər istedad yoxdursa..."
27 dekabr 2023
# 10:06

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

Azərbaycanda yaradıcı mühitlər (sən istənilən mühit oxu) niyə kirli adamlar tərəfindən daha tez və daha rahat kirləndirilə bilir? Hətta vəziyyət o yerdədir ki, artıq kirlilər təmizləri bu mühitlərdən qovurlar.

Artıq əxlaqi və mənəvi kir mühitə daxil olmaq üçün vacib dəyər statusu da qazanıb.

Səbəb (mənə görə) fərd və mühit arasında yaradıcı məktəblərin olmamasıdır. Lenin özünəqədərki İstedad-Məktəb-Mühit zəncirindən "məktəb" halqasını çıxarıb zibil yeşiyinə atdı və məktəbin yerinə partiyanı qoydu.

İstedad kommunist partiyasında ideoloji kirə məruz qoyulub mühitə buraxılırdı, məruz qalmaq istəməyənləri isə 37 baltası şaqqalayırdı. Hətta mühitə daxil olmaq üçün xüsusi istedada, biliyə də ehtiyac yox idi, ideoloji kirə bulaşmaq kifayət idi.

İstedadla mühit arasında məktəb hansı rolu oynayır? Məktəb istedadı (əgər varsa) qarşılayır, onu mühit üçün vacib olan əxlaqi-mənəvi dəyərlərlə, ustalıq vərdişləri ilə yetişdirir, ailəsindən gələn bütün neqativ yaramazlıqlarını təmizləyir, mühiti kirləndirə bilməyəcəyindən əmin olandan sonra onu mühitə ötürür.

Əgər istedad yoxdursa, məktəb fərdi yarı yoldan geri qaytarır, onun ailəsindən gətirdiyi dəyərlərlə, imkanlarına uyğun olmayan iddialarıyla mühiti korlamasına izin vermir.

Məsələn, Azərbaycanda muğamın, şahmatın, simfonik musiqinin məktəbi nisbətən qorunub deyə uğurları da var.

Ədəbiyyatın, fəlsəfənin, mətbuatın, futbolun məktəbi yoxdur, ya da korlanıb deyə uğurları da yoxdur.
Biz əgər "2040 mədəniyyət strategiyası"ndan danışırıqsa, mütləq Leninin dartıb qırdığı İstedad-Məktəb-Mühit" zəncirini bərpa etməliyik və qapısına "Həndəsə bilməyənlər girəməz" yazılmış yaradıcı məktəblər, ocaqlar yaratmağın yolları haqqında düşünməliyik.

Başqa cür ha Xəzər dənizi, ha bizim mühit, hər evdən ən yararsız ayın-oyunu axıdıb dolduracağıq.

# 3334 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər