Aqil Abbasın səhhəti ilə bağlı açıqlama

Aqil Abbasın səhhəti ilə bağlı açıqlama
28 oktyabr 2023
# 12:50

"Aqil Abbasın səhhəti düzəlib, gələn ayın əvvəli vətənə qayıdacaq".

Kulis.az xəbər verir ki, bu sözləri "525-ci qəzet"ə açıqlamasında xanəndə Səttar Nəsirov deyib.

Ankarada müalicə alan tanınmış yazıçı-jurnalist, Millət vəkili Aqil Abbasla görüşündən təəssüratları bölüşən S.Nəsirov köhnə xatirələri yada salıb, Aqil müəllimlə dostluqlarından bəhs edib: "Aqil Abbasla 50 ilə yaxındır dostluq edirik. O, işində peşəkar olduğu kimi, dostluqda da çox etibarlıdır. Mən Ankarada idim, işlərimlə əlaqədar olaraq, İstanbula getmişdim. Dostumuz Aydın Ağazadə mənə dedi ki, Aqil Abbas səhhəti ilə bağlı Ankaraya gəlib, xanımı, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay da yanındadır. Xəbər tutan kimi İradə xanıma zəng vurdum, Aqillə danışdım. Aqil Abbasın səsindən qəriblik hiss elədim, bu məni kövrəltdi. İşlərimi qaydasına qoyub Ankaraya, Aqil müalicə alan xəstəxanaya yollandım. Xeyli söhbətləşdik, zarafatlaşdıq, olanları-keçənləri yada salıb köks ötürdük".

O, Aqil Abbas üçün narahat olanlara səslənərək hər şeyin yaxşı olduğunu qeyd edib: "Aqil Abbasın səhhəti çox yaxşıdır, həkimlər onu yaxşı müalicə ediblər. Dedim, Aqil, bir şəkil çəkdirək. Özünün icazəsi ilə çəkdirdiyim şəkli sizinlə, oxucularla paylaşmaq istəyirəm. Qoy ondan ötrü narahat olanlar, onu sevənlər arxayın olsunlar".

# 3585 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər