“Aprel döyüşləri” ilə əlaqədar silsilə materiallar hazırlandı

 “Aprel döyüşləri”  ilə əlaqədar silsilə materiallar hazırlandı
2 aprel 2024
# 11:30

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri - bizim şanlı qələbəmizdir” adlı elektron məlumat bazası, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Həmçinin “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı ənənəvi geniş kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, virtual sərgidə Aprel döyüşləri haqqında dövri mətbuat məqalələri, kitablar, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dördgünlük müharibə”, “Aprel şəhidləri”, “Aprel döyüşlərinin xatirəsi”, Aprel döyüşləri haqqında kitablar, məqalələr, fotoqalereya və s. özündə əks etdirən materiallar nümayiş olunur. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/aprel_doyusleri/index.html linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə böyük Zəfərin başlanğıcı - Aprel döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən, tarixi Zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisi 1 həftə davam edəcək.

# 2048 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər