Apellyasiya Komissiyasının iclası yekunlaşdı

Apellyasiya Komissiyasının iclası yekunlaşdı
9 yanvar 2024
# 16:07

Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilib.

Kulis.az xəbər verir ki, iclasda direktor vəzifəsi üzrə namizədlər Həsənli Nərgiz İlqar qızı, Mustafazadə Aslan Rafiq oğlu, Ağayev Ramin Heydər oğlu, Həsilova Günay Məmməd qızının nəticələrinə yenidən baxılıb. 4 namizəddən 1-nin müsahibə nəticəsi dəyişdirilib, 3 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, müsahibələrin videoçəkilişlərinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

Qərara əsasən, Həsənli Nərgiz İlqar qızının (21 bal) əvvəl keçirilən müsahibə nəticəsinə dair müraciəti təmin edilib.

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən qərarlara əsasən həmin namizədlərlə keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

# 2034 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər