"APASport" 18 yaşında

"APASport"  18 yaşında
5 mart 2025
# 11:35

Bu gün “APASport” idman agentliyinin yaranmasından 18 il ötür.

“APA Group” MMC-yə daxil olan "APASport" İnformasiya Agentliyi 2007-ci il martın 5-də yaranıb.

Azərbaycan dilində fəaliyyət göstərən "APASport" Azərbaycanda yaranmış ilk idman agentliyidir.

“APASport”un internet ünvanı www.apasport.az-dır.

Agentlik Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif mövzularda araşdırmalar aparır, unikal statistikalara yer verir.

“APASport” 2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb. 2012-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib.

Agentlik ölkədə keçirilmiş böyük yarışların, o cümlədən 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarının işıqlandırılmasında xüsusi fəallıq göstərib. Məhz bunun nəticəsində "APA Group" I Avropa Oyunlarını ən yaxşı işıqlandıran media şirkətlərindən biri kimi mükafata layiq görülüb. Həmçinin, Belarusun paytaxtı Minskdə baş tutan II Avropa Oyunları da agentlik tərəfindən birbaşa yerindən işıqlandırılıb. Bunun nəticəsində agentliyin əməkdaşı Azərbaycan gənclər və idman naziri tərəfindən fəxri fərmanla təltif edilib. Bakıda təşkil olunan Gənclərin Yay Olimpiya Festivalı da “APASport” üçün prioritet tədbir olub.

Agentliyin Azərbaycan futbol, voleybol və digər idman növləri üzrə klublarının, milli komandalarımızın dünya və Avropa səviyyəsində keçirilən rəsmi görüşlərinə, eləcə də yoldaşlıq oyunlarına ezam olunan əməkdaşları onlayn reportajlar hazırlamaqla yanaşı, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirlərini oxuculara təqdim edir. Həmin yarışlardan hazırlanmış videogörüntülər və fotosessiyalar agentliyin saytında yerləşdirilir.

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər