Ankarada Üzeyir Hacıbəylinin irsinə həsr edilən təqdimat və konsert keçirilib

Ankarada Üzeyir Hacıbəylinin irsinə həsr edilən təqdimat və konsert keçirilib
18 sentyabr 2025
# 17:44

Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında Üzeyir Hacıbəyli” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Qazi Universiteti, Ankara Musiqi və İncəsənət Universitetinin dəstəyi ilə təşkil edilib.

Tədbiri açan Azərbaycanın Əməkdar artisti İslam Manafov Üzeyir Hacıbəylinin sənət irsindən danışıb. O, Üzeyir Hacıbəylinin 1908-ci ildə 22 yaşında olarkən yazdığı “Leyli və Məcnun” operası ilə dünya mədəniyyətinə töhfə verdiyini, dahi bəstəkarın həm də vətənpərvər pedaqoq olduğunu vurğulayıb, onu Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri kimi səciyyələndirib.

Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin günümüzdə də Azərbaycan musiqi sənətinə işıq tutduğunu deyən Əməkdar artist tədbiri təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.

Görkəmli bəstəkara həsr olunmuş filmin nümayişi ilə davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında türk dilində hazırlanmış “Azərbaycanlı bəstəkarlardan fortepiano əsərləri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəylinin əsərləri əsasında konsert proqramı təqdim edilib.

Nəşrdə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.

Tədbir çərçivəsində keçirilən konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın Əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömer Türkmenoğlu, Ali Tuna Güney, Fidan Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” rəqs ansamblı Üzeyir Hacıbəylinin repertuarından rəqslərlə çıxış ediblər.

# 1218 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər