Ankarada “Azərbaycan gecəsi” tədbiri keçirildi

Ankarada “Azərbaycan gecəsi” tədbiri keçirildi
13 yanvar 2025
# 09:52

Ankara şəhərində Gənclik Parkının Mədəniyyət Mərkəzində “Ankarada Azərbaycan gecəsi” adlı konsert proqramı təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə çoxsaylı qonaqlar - diplomatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbiri açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb, Türkiyə və Azərbaycan xalqlarının bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixi yaxınlığına diqqət çəkib.

Çıxış edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Serkan Erkmen iki qardaş ölkə arasında, o cümlədən UNESCO çərçivəsində sıx əməkdaşlıqdan danışıb, son illərdə Türkiyə və Azərbaycanın 13 ortaq mədəni irs obyektinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına təqdim edildiyini bildirib. O, iki dövlətin mədəniyyət nazirlikləri arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Həmçinin Türkiyədə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin qısa müddətdə ölkənin mədəni həyatına daxil olduğunu və mühüm layihələr həyata keçirdiyini bildirib.

Sonra tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblının yeni adı elan olunub. Bildirilib ki, ansambla Azərbaycan xalqının min illər boyu böyük mədəniyyət yaratdığı və milli mədəniyyətimizə mühüm töhfələr verən “Zəngəzur” tarixi yurd yerimizin adı verilib.

Proqram Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblının ifasında milli rəqslərimiz və Xalq artistləri - xanəndə Gülyanaq Məmmədova və balaban ifaçısı Əlixan Səmədovun çıxışları ilə davam edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş hissə təqdim edilib, dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasından musiqi, rəqs və səhnələr nümayiş olunub.

# 2607 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər