ANİMAFİLM festivalının müsabiqə proqramı elan olundu

ANİMAFİLM festivalının müsabiqə proqramı elan olundu
15 iyul 2025
# 18:27

Sentyabrın 3-dən 7-dək Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda, Nizami Kino Mərkəzində 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu il festivala 62 ölkədən 317 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar.

Festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın bağlanış mərasimində elan olunacaq.

Münsiflər heyətinin üzvlərinin adı yaxın zamanda açıqlanacaq.

Qaliblər üçün müxtəlif nominasiyalarda mükafatlar nəzərdə tutulub.

Qeyd edək ki, avqustda ayında 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramı və bilet satışı haqqında məlumat veriləcək.

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər