Anarın hekayəsinə film çəkildi - Təqdimat

Anar Rzayev, Xalq yazıçısı

Anar Rzayev, Xalq yazıçısı

28 dekabr 2021
# 11:00

Özbəkistan Kinemaroqrafiya Agentliyində Anarın “Qarderobçu qadın” hekayəsi əsasında çəkilən “Palto” qısametrajlı filminin təqdimatı olub.

Kulis.az xəbər verir ki, “Debüt” Gənclər Kinofestivalı çərçivəsində baş tutan təqdimatda özbək kinosunun tanınmış ulduzları, gənc aktyorlar və rejissorlar iştirak edib.

Filmin ssenari müəllifi və rejissoru Şahnoza Tuyunova, operatoru Kamaliddin Ziyoviddinovdur.

Təqdimatda çıxış edən jurnalist və ssenarisi Rüstəm Cabbarov gənc rejissor Şahnoza Tuyunovanın filmini yüksək qiymətləndirib, belə filmlərin daha çox çəkilməsinin vacibliyinə toxunub. O hələ sabiq SSRİ dövründə Özbəkistanda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu bildirib. R.Cabbarov deyib ki, indi də Özbəkistanda Azərbaycan müəlliflərinin əsərləri çap edilir, bu əsərlər əsasında ssenarilər yazılır.

Şahnoza Tuyunova filmin yaradıcı heyətinə və təqdimata gələnlərə öz minnətdarlığını bildirib.

# 3259 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər