Anar: "Erməni yazıçıların belə niyyəti varsa, bizə müraciət etsinlər"

Anar:  "Erməni yazıçıların belə niyyəti varsa, bizə müraciət etsinlər"
6 noyabr 2025
# 13:25

"Mən xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəyərlərsə, təşəbbüs göstərərlərsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam".

Kulis.az xəbər verir ki, bu sözləri "Müsavat"a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.

Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək: “Erməni yazıçıların belə niyyəti varsa, qoy bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq.

Əgər görüş xoş niyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki. Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır”.

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.

# 1906 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər