Anar: "Elza Seyidcahanın yaxşı şeirləri var"

Anar:  "Elza Seyidcahanın yaxşı şeirləri var"
19 fevral 2025
# 16:55

"Elza Seyidcahanın yaxşı şeirləri də, bəzi qəbul olunmaz şeirləri də var. Özünə də demişəm."

Kulis.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anar deyib.

Onun sözlərinə görə, Elza Seyidcahanın şeirlərini Yazıçılar Birliyinə üzv olduğuna görə yox, şəxsi münasibətlərə görə məsxərəyə qoyurlar, gündəmə gətirirlər.

"Ruhəngiz Qasımova bəstəkar idi, o da AYB üzvü idi. Niyə? Çünki pyesləri var idi. Fərhad Bədəlbəyli də bura üzv idi. Çünki şeir kitabı çıxmışdı. Elza Seyidcahanın da şeirləri var. Niyə Ruhəngiz, Fərhad üzv olanda heç kim heç nə demədi, amma Elzanı gündəmə gətirirlər. Demək, burada məsələ ona şəxsi münasibətdir. Məsələn, mən Kinomatoqrafçılar İttifaqının üzvüyəm. Məni Rəssamlar İttifaqına da qəbul ediblər. Çünki rəssamlar haqqında xeyli məqalələrim var. Heç kim də demir ki, niyə belədir? Bircə Elza Seyidcahan problem olub..."

Xalq yazıçısı qeyd edib ki, epotajla, açıq-saçıq şeirlərlə ədəbiyyat tarixində qalmaq olmaz.

"Elza Seyidcahanın bəzi şeirlərini oxumuşam. Mən onu çağırdım, bacısı ilə birlikdə gəldi, Rəşad Məcidlə qəbul etdik. O vaxta qədər yazdıqlarını oxumamışdım, sadəcə, sitatlar gətirmişdilər. Burada şeirlərini oxudu. Ona dedim ki, sən belə şeirlər yazma. Epotaj, yəni açıq-saçıq şeirlərlə ədəbiyyatda qalmaq mümkün deyil. Bunlarla 1-2 gün diqqət çəkirsən, sonra unudulub gedəcək."

# 3596 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər