R&B musiqisinin unudulmaz simalarından olan Aliyanın keçmiş sevgilisi Deymon Daş müğənninin vəfatının ildönümündə dəhşətli qəzadan əvvəl yaşanan son anları bölüşüb.
Kulis.az xəbər verir ki, bu haqda o, "Us Weekly" jurnalına verdiyi müsahibədə danışıb.
Müğənninin 25 avqust 2001-ci ildə Baham adalarında baş verən təyyarə qəzasında 22 yaşında faciəvi şəkildə həlak olmasından əvvəl Deymon Daşa həyəcanlı mesajlar göndərdiyi ortaya çıxıb.
"Rock the Boat" klipinin çəkilişlərini tamamladıqdan sonra Floridaya qayıtmağa hazırlaşan Aliya uçuşdan öncə Daşa "Təyyarədən heç xoşum gəlmədi" yazaraq narahatlığını bildirib.
Müğənninin hər zaman uçmaqdan qorxduğunu qeyd edən Daş, ona təyyarəyə minməməyi məsləhət görsə də, Aliyanın çəkiliş qrafikinə görə qayıtmağa məcbur olduğunu ifadə etdiyini deyib.
Xatırladaq ki, müğənni və 8 nəfərin həyatını itirdiyi qəza ilə bağlı aparılan təhqiqatlar təyyarənin təxminən 317 kiloqram artıq yükləndiyini və balansı pozulduğunu göstərib.
Həmçinin pilotun uçuş icazəsinin olmadığı və qanında qadağan olunmuş maddələr aşkarlandığı bəlli olub.
Müğənninin ailəsi tərəfindən nəqliyyat şirkətinə qarşı qaldırılan məhkəmə iddiası 2003-cü ildə tərəflərin məxfilik müqaviləsi imzalaması ilə yekunlaşıb.
Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026