AMEA: "İşğaldan azad edilmiş ərazilərdə kulturasid faktları sənədləşdirilib"

AMEA:  "İşğaldan azad edilmiş ərazilərdə kulturasid faktları sənədləşdirilib"
30 iyun 2026
# 12:28

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaranan gündən bəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu onun işində fəal iştirak edir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib.

O, Dövlət Komissiyasının xətti ilə fiziki antropologiya sahəsində çalışan gənc mütəxəssislərin böyük təcrübə topladığını, bu fəaliyyətin Azərbaycanda antropologiya elminin inkişafına böyük töhfə verdiyini vurğulayıb.

Fərhad Quliyev rəhbərlik etdiyi qurumun işğaldan azad olunmuş ərazilərdə apardığı arxeoloji, fiziki-antropoloji araşdırmaların qaranlıq qalmış bir çox məsələlərin aşkar edilməsi ilə nəticələndiyini bildirib.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru işğaldan azad olunmuş ərazilərdə təkcə Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərin yox, həm də tarixi abidələrə qarşı törədilmiş kulturasid barədə danışıb və bütün bu cinayətlərin dəlil-sübutlarla qeydə alındığını vurğulayıb.

# 825 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər