Amazon yağış meşələrinin altında aparılan son arxeoloji tədqiqatlar bölgədə təxminən 2 min il əvvəl mövcud olmuş qədim sivilizasiyanın izlərini üzə çıxarıb.
Kulis.az xəbər verir ki, araşdırmaya əsasən, alimlər havadan lazerlə skanlama sistemi vasitəsilə sıx meşə örtüyü altında qalmış 400-dən çoxu elmə məlum olmayan, ümumilikdə 432 geometrik torpaq qurğusu aşkar ediblər.
Eramızdan əvvəl 600 – eramızın 850-ci illəri arasında məskunlaşmış və Kolumbdan əvvəlki dövrə aid edilən bu icma Acre çayının adından götürülərək "Aquiry" adlandırılıb.
Tədqiqatçılar hesab edir ki, "Aquiry" cəmiyyətinin ən qüdrətli dövründə əhalisinin sayı 1,25 milyon ilə 3 milyon arasında olub.
Eramızın 850–1000-ci illəri arasında gözlənilmədən yoxa çıxan bu sivilizasiya metal alətlər və yük heyvanları istifadə etmədən nəhəng həndəklər, meydanlar və onları birləşdirən yolları inşa edib.
Alimlərin fikrincə, vahid mərkəzdən idarə olunan imperatorluqdan çox qədim Yunanıstana bənzər müstəqil, lakin eyni mədəniyyəti bölüşən icmalar sisteminə malik olan bu xalq Amazon meşələrini məhv etmədən, ekosistemlə ahəngdar şəkildə yaşamağı bacarıb.
Amazonda qədim sivilizasiya aşkar edildi
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026