Almaxanım: “Kimin toyu daha çoxdur, mənim ya filankəsin?”

Almaxanım:  “Kimin toyu daha çoxdur, mənim ya filankəsin?”
3 iyul 2025
# 17:19

"Evdə bəzi özəl kanalları silmişəm ki, gözüm verilişlərdə gedən "düşük" söhbətləri görməsin. Təəssüf ki, görmək istəməsəm belə, bəzən sosial şəbəkədə qarşıma çıxır. Bayaq baxıram ki, IQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə “kimin toyu daha çoxdur, mənim ya filankəsin?” mövzusunda mübahisə edirlər".

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Almaxanım Əhmədova sosial şəbəkə hesabında yazıb.

Sənətçi kanalları tənqid edib:

"Həqiqətən, görün necə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə bu ay 10 dənə, sentyabrda 20 dənə toyum var və sair kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, bu ay toylardan nə qədər qazandın? Əziz sənətçilər, nə olar bir az özünüzü inkişaf etdirin. Toyda “Buleyli” oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm toyda əsər oxuyun. Fikrimi düzgün başa düşün. Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərinə baxın. Görün insanlar necə işlər ortaya qoyurlar. Toy, toy, toy...".

O bildirib ki, bəzi kanalları evində "qara siyahı"ya atıb:

"Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək axı? Gənclər baxıb nədən maariflənəcək? Toya getməyi ayıb hesab etmirəm. Özüm də gedirəm. Amma bununla öyünmək sənətçinin bədbəxtçiliyidir. Bir sənətçi ki, 30 ildir ancaq toy oxuyur, bir dəfə də olsun konsert verməyibsə, zal doldurmayıbsa, bu o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşü deməkdir. Hələ konsert verməyi də qlobal uğur kimi təqdim edən sənətçiləri demirəm. Ay gözəl insan, bu zatən sənin işindir. Sən müğənnisənsə, konsert verməlisən. Burada qeyri-adi nə var ki? "Şok, şok, şok... Filankəs solo konsert verdi". Ay bala, bu müğənnidi də, başqa nə etməlidir? Müğənninin fəaliyyəti odur ki, konsert versin, yeni mahnılar və kliplər təqdim eləsin".

# 2417 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər