“Aktyorluğu öyrən” layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu

“Aktyorluğu öyrən”  layihəsi çərçivəsində diplom tamaşalarının nümayişi baş tutdu
30 iyun 2025
# 16:10

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi çərçivəsində iki qrup üzrə diplom tamaşalarının nümayişi həyata keçirilib.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində 2025-ci il iyunun 29-da azyaşlı, yeniyetmə və gənclərin iştirakı ilə Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” adlı tamaşalar izləyicilərə təqdim olunub.

Nümayişin açılışında Mərkəzin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və teatrşünas Dağlar Yusif layihənin əsas məqsədinin azyaşlı, yeniyetmə və gənclərdə teatr və kino sənətinə marağın artırılması, bədii zövq və istedadın formalaşdırılması, eyni zamanda aktyorluq ixtisasının ilkin biliklərinin tədrisi olduğunu bildiriblər.

Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev və quruluşçu rejissorlar, qrup rəhbərləri, Əməkdar artistlər Qasım Nağı və Qurban Məsimov doqquz ay davam edən proqram çərçivəsində həftədə iki dəfə, hər biri iki akademik saat olmaqla peşəkar pedaqoqlar tərəfindən keçirilən dərslərin, uşaqların sənətə sevgisi, asudə vaxtın səmərəli təşkili, özünüifadə, səhnə plastikası baxımından önəmini vurğulayıblar.

Tədris prosesi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin hazırladığı xüsusi proqram əsasında təşkil olunub. Proqrama tələbələrin peşəkar teatr və kino mühitində təcrübə qazanması, eləcə də tanınmış sənətçilərin iştirakı ilə keçirilən ustad dərsləri daxil edilib.

Hər iki tamaşa izləyicilərə xoş təəssüratlar bağışlamış, tədris proqramını uğurla tamamlayan iştirakçılar sertifikat və diplomlarla təltif olunublar.

Digər qruplar üçün 7 iyul tarixində diplom tamaşasının nümayişi nəzərdə tutulub. Layihə çərçivəsində daha bir qrupun tədris prosesi uğurla davam edir.

# 1815 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər