Aktyordan nazirliyə müraciət: "Belə mədəniyyətsiz gənclər harada yetişir?"

Aktyordan nazirliyə müraciət:  "Belə mədəniyyətsiz gənclər harada yetişir?"
21 noyabr 2024
# 11:10

"İndi sosial şəbəkələrdə paylaşılan və adına veriliş, prank kimi şeylərə görə, 20 il əvvəl həkimlər adama obsessiv-kompulsiv pozuntu diaqnozu qoyurdular. İnsanın tanımadığı adamlara qarşı heç bir mənşəyi olmayan təhqir xarakterli sözlər işlətməyinin başqa adı yoxdur. Bəlkə, var, biz bilmirik, amma siz bilərsiniz, hörmətli Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi. Çox maraqlıdır ki, bu qədər mədəniyyətsiz gənc harada və niyə yetişir?"

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev deyib.

Sənətçi sosial şəbəkədə yayılan videolardan bəhs edib. Mədəniyyət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə müraciət edən aktyor bu cür paylaşımların qarşısının alınmasını istəyib:

"Əslində, fərqli prizmalardan azərbaycanlıların 3 əsas ideoloji prinsipinə yanaşsaq, Avropa standartlarına görə, adamı məhkəməyə verərlər. İnanclı adamlar adama deyər ki, Allah sizə ağıl versin. Mentalitetlə yaşayanlar isə fikirləşər ki, bu, yaxşı şeydirsə, nə əcəb videolara öz əzizlərini çəkmir? Mən dediyimi dedim, bəs siz nə deyirsiniz?

Nə qədər ciddi yanaşacaqlarını görəcəyik, bir az da sizdən, bizdən asılıdır. Bu səpgili videolar çəkilsə, paylaşılsa, məncə, ciddi yanaşılar. Sizi də narahat edirsə, mənim evim qıraqdadır, deməyin, çəkin, etiraz edin, ən azından paylaşın".

# 1785 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər