AKİ ssenari müsabiqəsi elan etdi

AKİ ssenari müsabiqəsi elan etdi
16 dekabr 2024
# 09:29

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən Qadınam” adlı tammetrajlı bədii film ssenari müsabiqəsi elan edir.

Kulis.az xəbər verir ki, ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.

Ssenari müsabiqəsinin şərtlərini təqdim edirik:

- ssenarinin baş qəhrəmanı qadın olmalıdır.

- ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (1990-2024).

- müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.

- müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır.

- ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı , müəllifin adı və soyadı, sağ aşağı küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).

- ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul olunmur).

- ssenari qəbulu müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.

- müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

- əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.

– müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi (şrift: Courier New, ölçü: 12), müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda [email protected] email ünvanına “Mən Qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir.

Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

Ssenari 15 dekabr 2024-ci il tarixindən 15 aprel 2025-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.

Qaliblərin elanı: 2 avqust.

Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 azn, 3500 azn, 2500 azn olmaqla) diplom və pul mükafatı ilə təltif ediləcəklər.

# 3460 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər