AKİ-də dublyaj problemləri müzakirə olundu

Azərbaycan Kinematoqrafçılar İttifaqı

Azərbaycan Kinematoqrafçılar İttifaqı

20 fevral 2023
# 16:40

Azərbaycan Kinematoqrafçılar İttifaqında dublyaj sahəsindəki problemlərlə bağlı müzakirə keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Son dövrdə mətbuatda işıqlandırılan dublyaj sahəsindəki problemlərin müzakirəsində bu sahənin fəalları iştirak edib.

Müzakirədə dublyaj sahəsindəki vəziyyət analiz edilərək bildirilib ki, dublyaj sahəsində peşəkarlığın artması və keyfiyyət dəyişikliyi var, xüsusilə səs rejissorlarının işlərində irəliləyişlər hiss olunur. Ancaq bununla yanaşı, görüləcək işlər hələ də çoxdur. Belə ki, tərcümə müəlliflərinin və dublyaj aktyorlarının qonorarlarının daha da artırılması arzuediləndir.

Əsas təkliflərdən biri, tərcümə sahəsində çalışan peşəkarların qonorarlarının 30-50 % artırılması təklifi olub.

Müzakirədə dublyaj aktyorlarının, rejissorlarının və prodüserlərinin fəxri adlar alması, sosial qayğılarının həll olunması da diqqətə çəkilib.

Vurğulanıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov qeyd edib ki, dublyaj sahəsinin problemləri İttifaqın maraq dairəsində olmalı, ittifaqın illik mükafatlarında dublyaj fəallarının da mükafatlandırılması, dövlət fəxri adlarına təqdim edilməsi və periodik olaraq bu sahənin problemlərinin qaldırılması diqqət mərkəzində saxlanılmalıdır.

Bununla yanaşı, Azərbaycan Kinematoqrafçılar İttifaqında dublyaj seksiyasının yaradılması da müzakirə olunub. Müzakirədə son günlər sosial şəbəkələrdə dublyaj problemlərini aktuallaşdıran, rejissor və dublyaj aktyoru Kamal Yaşar da iştirak edib.

# 2042 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər