Akademik Rafael Hüseynov AKİ-nin üzvü oldu

Akademik Rafael Hüseynov AKİ-nin üzvü oldu
14 noyabr 2023
# 17:50

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, millət vəkili, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvü Rafael Hüseynov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü seçilib.

Kulis.az xəbər verir ki, R.Hüseynov 1976-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş laborantı, 1978-ci ildən Şərqşünaslıq İnstitutunun baş laborantı, kiçik elmi işçisi, baş elmi işçisi, 1988-ci ildən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin şöbə müdiri vəzifələrində çalışıb.

2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.

Qeyd edək ki, Rafael Hüseynov 84 kitab, monoqrafiya və dərsliyin, 562 elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi , 3500-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.
Onun ssenarisi əsasında çəkilən televiziya filmləri arasında

“Ocaq başı”(1990), “Məhsəti zirvəsi” (2013), “Söz məbədi.Nizaminin salamı” (2020), “Bakıxanovlar” (2020), “İşıqla yazılan tarix”(2020), “Hər evin qonağı”(2021) sənədli elmi-kütləvi filmləri var.

# 2669 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər